Domen Adı Sistemi (DNS) nədir?
Domen Adı Sistemi (DNS) istifadəçilərə internetdə yol tapmağa kömək edir. İnternەتdəki hər bir komputerin — telefon nömrəsi kimi — kifayət qədər mürəkkəb rəqəm sətirindən ibarət unik ünvanı var. Buna IP ünvanı deyilir (IP — Internet Protocol deməkdir). IP ünvanlarını yadda saxlamaq çətindir. DNS mürəkkəb IP ünvanı əvəzinə tanış hərf sətirindən (domen adı) istifadə etməyə imkan verməklə internetdən istifadəni asanlaşdırır.
217.14.96.114 yazmaq əvəzinə
www.az yaza bilərsiniz
Bu, ünvanların yadda saxlanmasını asanlaşdıran «mnemonik» vasitədir.
